Brainbux

9.25.2016

The Stoning of Soraya – Daş-qalaq edilən Sürəyya (Türk və Rus dilində,Türkcə subtitr)

İmdb : 8.0 / 10
Tarix : 7.09.2008
Ölkə : ABŞ
Müddəti : 1 saat 54 dəqiqə
Janr : Dram, Cinayət
Mozhan Marnò
Shohreh Aghdashloo
Mühacirətdə yaşayan iranlı kinematoqrafçıların çəkdiyi "Daş-qalaq edilən Sürəyya" filmi kino dünyasında böyük səs-küyə səbəb olmuş ekran əsərlərindəndir. 2008-ci ildə ABŞ-da kinorejissor Sirus Növrəstə tərəfindən çəkilən filmin süjet xəttiFransada yaşayan iranlı yazar Firudin Saəbcamın "Daş-qalaq etmə" əsərindən götürülüb. Müəllif əsərdə bəhs olunan hadisələrin təxminən 30 il bundan öncə baş verdiyini, daha sonralar isə bunu qələmə aldığını deyir.Film bu gün dünyada, o cümlədən müsəlman aləmində aktual olan dini fanatizm və radikalizmi ifşa edir. Filmin süjet xəttinə görə, İranda səfərdə olan əcnəbi jurnalistin avtomobili xarab olur və o, yaxın kəndlərdən birində qalır. Elə həmin müddətdə Zəhra adlı qadın öz bacısı qızı Sürəyyanın başına gəlmiş həyat hekayəsini ona danışır. Dörd uşaq anası Sürəyyanın əri Əli 14 yaşlı qızla evlənmək istəyir. Sürəyya buna qarşı çıxanda isə, əri onu aradan götürmək qərarına gəlir. O, müxtəlif vasitələr fikirləşir və nəhayət, özünə yalançı şahidlər taparaq qadınını şərləyib xəyanətdə ittiham edir. Şahidi olmadığı üçün öz günahsızlığını sübuta yetirə bilməyən Sürəyya şəriət məhkəməsi tərəfindən ağır cəzaya məhkum olunur. Daş-qalaq edilən, yarıya qədər torpağa basdırılan qadın izdihama səslənərək "Axı siz bilirsiniz mənim günahım yoxdur" deyərək ətrafdakılara yalvarır. Lakin ətrafdakılar şəriətin hökm kəsdiyi qanuna qarşı çıxa bilmirlər. Qadının günahsızlığını hamı kimi çox yaxşı bilən molla da səsini çıxarmır və onun ölümünü sakitcə seyr edir. Olanları əcnəbi jurnalistə danışan Zəhra kasetə köçürülən bu yazının bütün dünyaya yayılmasını jurnalistdən xahiş edir.
Türk dilində (part 1)

Türk dilində (part 2)
Rus dilində

Türkcə subtitr

Hiç yorum yok:

Yorum Gönder

FilmAğa