İmdb : 6.6 / 10
Dəyərləndirməm : 8 / 10
Tarix : 21.03.2014
Ölkə : ABŞ
Müddəti : 1 saat 33 dəqiqə
Janr : Cinayət, Triller
 |
Jamie Bamber |
 |
Lachy Hulme |
İlk öncə film haqqında onu deyə bilərəmki bir iki yerdə filmdə beyninizdə sual yaranacaq, qırılma olacaq.Sizə film qarışıq gəlməsin,sadəcə filmi oturub sakit və təmkinlə izləyin.O zaman nə demək istədiyimi çox gözəl anlayacaqsınız.Film ilk başladıqda görəcəksinizki baş rol aktyor polisin onu tutmasına öz əli ilə şərait yaratmışdır.Filmin mövzusunu oxuyanda özünüzdə də bu sual əmələ gələcək, əgər bu insanın məqsədi var idisə niyə yarımçıq qoyub?bəlkədə elə ilk yanılmanız bu zaman olacaq.Filmin mövzusu : John Doe ( Jamie Bamber) hər kəs kimi sıradan biridir.Lakin onun tək fərqi ətrafda olub bitən vəhşiliklərə, polislərin göz yumduğu insanlara göz yuma bilməməsidir.Bəlkə də həmin insanları dlillər vasitəsilə polisə versə ona həbs cəzası tətbiq olunacaq,lakin John Doe bu insanların yaşamasına razı deyildi.Onları özünə xas şəkildə aradan qaldırardı. Hər kəsin məsum zənn etdiyi insanların ölümüylə birlikdə əsl iç üzünü ortaya çıxaracaqdır.Bu işinə görə onu dəstəkləyib qəhrəmanları sayan və onun tutulmasını istəyib cinayətkar gözüylə baxan olaraq cəmiyyət 2 yerə bölünmüşdü.
Türkcə altyazı
Rus dilində
Hiç yorum yok:
Yorum Gönder