Tarix : 1.07.2016
Ölkə : ABŞ
Müddəti : 1 saat 5 dəqiqə
Büdcə : $10.000.000
Gəlir : $66.100.000
Janr : Aksion, Elmi - Fanastik, Qorxu
Film haqqında danışmadan ilk öncə onu deyə bilərəmki,film bizə demək istəyirki, küçələrdə qalmış, ehtiyacı olan insanlar dövlətə əslində ziyandır.Onlrın dərmanı,yeməyi,sosial yardımı hamısı dövlətin büdcəsindən ödənilməkdədir.Onların qanuni yolla tələf olması heç kəsi günahkar göstərməz.NFFA is buna çarə olaraq hər ilin 21 mart gününü Arınma gecəsi olaraq elan etmişdir.Bu gündə insanlara əgər ölmək istəmirlərsə gecə çölə çıxmaq qadağan olunmuşdur.Çünki ətraf aləm hər kəs maskalı,bir-birinə düşmən gözü ilə baxan xəstə ruhlu,cinayətkar insanlarla doludur.Siz düşünün ildə 1 gün kimləri istəyirsiniz öldürə bilərsiniz və buna görə heç bir cəza almayacaqsınız.İndi isə gələk filmin mövzusuna.İl 2022, bir Arınma gecəsində Charlie Roan (Elizabeth Mitchell) çarəsizcəsinə ailəsinin gözünün önündə ölümünə şahid olmuşdur. 18 il sonra, Arında gecəsindən 2 gün öncə Charlie Roan artıq Senator'dur və ona Prezidentliyə namizəd olmuşdur.Kampaniyasının əsas məqsədi isə Arınma gecəsinə son qoymaqdır. Arınma gecəsin bir gün qalmış Roan NFFA lideri ilə birlikdə xalqa açıq Prezident seçkiləri'ndə iştirak etmiş, debatı bitdikdən sonra insanların yanına gələrək onlarla ünsiyyətdə olmuşdu.Bu ilki arınma gecəsi digərlərinədn tamamilə fərqli olacaqdır, çünki bu il vəzifəlilərin qorunması qanunu lğv edilmişdir.Yəni hər kəs öz başına çarə qılmalıdır.Senator Roan'ı isə baş mühafizəçisi olan Leo Barnes (Frank Grillo) və onun komandası qorumalı idi.Leo öz komandasında bir xainin olduğundan xəbərsizdir və onları qaldığı gizlin yerdə tələyə salmışlardır.
![]() |
Frank Grillo |
![]() |
Elizabeth Mitchell |
Hiç yorum yok:
Yorum Gönder